Məktəbdə zəhərlənən şagirdlərin son durumu açıqlandı

15:06 6 Aprel 2023

A.Hüseynzadə adına 20 nömrəli məktəb-liseydə zəhərlənən şagirdlərin durumu açıqlanıb.

TƏBİB-dən Sitat.info-ya bildirilib ki, baş verən hadisə ilə əlaqədar qurumun tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət daxil olub.

Qeyd olunub ki, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə cəlb edilib:

"6 nəfər (4-ü oğlan, 2-si oğlan) TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasına yerləşdirilib. Onlardan 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərə (vəziyyətləri qənaətbəxş) tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində, 1 nəfərə (vəziyyəti ağır qiymətləndirilir) Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilir".

13:47

Bakıda məktəblilər arasında zəhərlənmə olub.

Sitat.info Oxu.az-a istinadən xəbər verir ki, zəhərlənmə paytaxtın A.Hüseynzadə adına 20 nömrəli məktəbində qeydə alınıb.

İlkin ehtimala görə, zəhərlənmə ibtidai sinif şagirdləri arasında qeydə alınıb.

Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, məsələ araşdırılır.



Xəbər xətti