Hacı Şahin Həsənlinin adına iftar süfrəsi açıldı - FOTOLAR

19:45 6 Aprel 2023

Bu gün "Çıraq palas"da mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin adına iftar süfrəsi təşkil olunub .

Sitat.info-nun mərasimdə iştirak edən əməkdaşı xəbər verir ki,  iftar süfrəsinə ictimaiyyət nümayəndələri və şəhid ailələri dəvət olunub. Öncə qonaqlar Azərbaycan himnini ayaqda dinləyiblər. Şəhidlərimizin və Türkiyədəki zəlzələ qurbanlarının xatirəsi 1dəqiqəlik sükutla yad edilib.
Qeyd edək ki, iftar süfrəsini Milli Məclisin vitse-spikeri Adil Əliyev təşkil edib. O qonaqların önündə çıxış edərək Hacı Şahin Həsənlinin xatirəsini yad edib, onun itkisinin həm dostları, həm də Azərbaycan ictimaiyyəti üçün çox ağır olduğunu dilə gətirib.
Mərasimdə Ramazan ayının duaları oxunub.
Sonda rejissor Elçin Ağazadənin "Cənnət ətri" filmi nümayiş olunub.

Məğrur Salmanov
Fotolar müəllifindir 




Xəbər xətti