İran və Ermənistanın pulu ilə maliyyələşənlər… - Novruzov

12:51 7 Aprel 2023

İran və Ermənistanın pulu ilə maliyyələşənlər xaricdə Azərbaycan haqqında yalan məlumatlar yayırlar.

Sitat.info xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin aprelin 7-də keçirilən plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanun layihəsinə təklif edilən dəyişiklərin müzakirəsində çıxışı zamanı deyib.

O bildirib ki, hazırda Azərbaycanda dezinformasiya geniş yayılıb:

“Misal olaraq, deputat Fazil Mustafa qarşı edilən sui-qəsd cəhdi hər kəs bir tərəfə yönləndirir. İnsan sağlamlığı uğrunda mübarizə apardığı dövrdə onun barəsində yalan informasiyaların yayıldığını da görür. Bu kimi yalan informasiyaların qarşısını almaq üçün lazımı addımlar atıb qanunları sərtləşdirməliyik. Hər adamı məhkəməyə verməyə qalsa, gərək həmin məhkəmənin qarşısında yüz deputat dayana və həmin şəxsləri məhkəməyə cəlb edə”.

“Hər gün ölkəmizlə bağlı saxta informasiyaların şahidi oluruq. Xaricdə oturanlar yalan məlumatlar yayır. Azərbaycanın dövlətinin, Prezidentinin gördüyü işləri fərqli formada yalan şəkildə insanlara sırımağa çalışanlar var. Bunun qarşısını almaq lazımdır. Qanun çərçivəsində mütləq qabaqlayıcı tədbirlər görülməlidir”, - S.Novruzov vurğulayıb.



Xəbər xətti