Qubadlıda döyüş sursatları aşkarlanıb

09:10 8 Aprel 2023

Qubadlıda döyüş sursatları aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sitat.info-ya verilən məlumata görə, Qubadlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xudular kəndi ərazisindəki tərk edilmiş hərbi mövqelərdən döyüş sursatları aşkar edilib.

Təhlükəsizlik tədbirlərinə riayət edilməklə 1 ədəd Faqot, 120 ədəd müxtəlif çaplı mərmi və 4216 ədəd müxtəlif çaplı patron götürülərək aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Qubadlı RPŞ-də araşdırma aparılır.



Xəbər xətti