ISW: “Kreml Ukraynanı danışıqlara məcbur etmək üçün öz şərtlərini diqtə etməyə çalışacaq”

10:16 8 Aprel 2023

“Rusiya Ukraynanı danışıqlara məcbur etmək üçün təzyiqi artırmağa çalışacaq”.

Sitat.info xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ankaraya səfəri zamanı bildirib ki, Moskvanın “qanuni” maraqları nəzərə alınarsa, Rusiya danışıqlara hazırdır.

Analitiklərin fikrincə, Rusiyanın belə ritorika seçməsi heç də səbəbsiz deyil:

“Ukraynanın gözlənilən əks-hücum əməliyyatı zamanı Ukraynada işğal etdiyi əraziləri itirmək qorxusu Kremli hazırkı informasiya əməliyyatını gücləndirməyə vadar edə bilər. Məqsəd Qərbi Ukraynaya güzəştlər təklif etməyə və onu Rusiya üçün daha əlverişli şərtlərlə danışıqlara gətirməyə məcbur etməkdir”, - ISW-nin hesabatında deyilir.



Xəbər xətti