Ötən ay Naxçıvanda 754 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

11:40 8 Aprel 2023

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi 754 daşınmaz əmlak obyektini qeydiyyata alıb.

Komitənin Mətbuat Xidmətindən "Report"un yerli bürosuna bildirilib ki, mart ayında, ümumilikdə, 754 daşınmaz əmlak obyekti üzərində hüquqlar dövlət qeydiyyatına alınıb, 564 texniki sənəd hazırlanıb, muxtar respublika üzrə ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yeni yaranan 50 daşınmaz əmlak obyektinə ünvan verilib.

Həmçinin 93 torpaq sahəsinin planı və ölçüsü dövlət kadastr kitablarında qeydiyyata alınıb, məhdudiyyət və yüklülüyə dair 422 arayış verilib.

Ötən ay torpaqların elektron kadastr uçotu informasiya sistemində torpaq sahələri üzərində aparılan hər bir kadastr əməliyyatı ekspertiza olunub, rəqəmsal xəritəyə ümumi nəzarət həyata keçirilib.

Xidmətin fəaliyyət istiqamətləri üzrə təqdim etdiyi elektron xidmətlərə hüquqi və fiziki şəxslər tərəfindən daxil olan 158 müraciət qəbul edilərək icra olunması üçün aidiyyəti üzrə yönəldilib. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri və onların mülkiyyətçiləri haqqında əvvəllər yaranan hüquqlara dair 1039 məlumat daşınmaz əmlakın elektron qeydiyyat sisteminə daxil edilib, 5 ailə təsərrüfatına məxsus həyətyanı təsərrüfat binaları sənədləşdirilib.



Xəbər xətti