Rusiyanın Ukraynaya hücumu başlayandan indiyədək bir neçə kiçik şəhər dağıdılıb.
Report ZN.UA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xarici jurnalistlərə müsahibəsində deyib.
Ukrayna lideri bildirib ki, Rusiya hərbçiləri Ukrayna şəhərlərini bombalamağa davam edir.
"Ölkənin qərbində xalqımız davamlı bombardmanlara məruz qalmayıb, dağıntılar Kiyev, Xarkov, Mariupol və bir çox şəhərlərdə qeydə alınıb. Və bir neçə kiçik şəhər artıq yoxdur. Bu, böyük faciədir, onlar sadəcə olaraq yoxdur, bundan sonra da olmayacaq”, - Zelenski vurğulayıb.