"Qarabağ"ın legioneri: "Belə matçlar insanın həyatında dərin izlər buraxır"

15:59 8 Aprel 2023

"Belə matçlar insanın həyatında dərin izlər buraxır".

Bunu "Report"a müsahibəsində "Qarabağ"ın futbolçusu Julio Romao Bakıda Türkiyə "Qalatasaray"ına 1:2 hesabı ilə uduzduqları xeyriyyə oyunu barədə danışarkən deyib.

Braziliyalı yarımmüdafiəçi bildirib ki, həmin gecə Bakı Olimpiya Stadionundakı abu-hava həqiqətən möhtəşəm, unudulmaz olub: "Xoşbəxtəm ki, gözəl arenada və möhtəşəm azarkeşlər qarşısında böyük kluba qarşı oynamaq imkanı qazandım. Bu cür görüşləri hər zaman xatırlayacağam".

Müsahibənin tam mətni ilə buradan tanış ola bilərsiniz.



Xəbər xətti