Kənd təsərrüfatı nazirinin müavini Hacıqabulda vətəndaşları qəbul edəcək

13:24 10 Aprel 2023

Kənd təsərrüfatı naziri vəzifəsini müvəqqəti icra edən nazir müavini Sarvan Cəfərov aprelin 13-də, saat 09:00-da Hacıqabul Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) inzibati binasında Hacıqabul və Şirvan rayonlarından olan vətəndaşları qəbul edəcək.

Sitat.info nazirliyə istinadən xəbər verir ki, qəbulda iştirak etmək istəyənlər adı çəkilən DAİM-ə (050-544-74-94) müraciət edə, həmçinin nazirliyin “Çağrı Mərkəzi”nə (1652) zəng edərək qeydiyyatdan keçə bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər.



Xəbər xətti