İsrail hərbçiləri İordan çayının qərb sahilində fələstinli uşağı öldürüb

19:13 10 Aprel 2023

İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilindəki Yerixo şəhərində 15 yaşlı fələstinlini öldürüb, 2 nəfəri isə yaralayıb.

Sitat.info xəbər verir ki, İsrail əsgərləri İordan çayının qərb sahilinin cənubundakı Yerixo şəhərindəki Aqaba Cabr qaçqın düşərgəsinə basqın edib.

İsrail əsgərlərinin canlı güllələrlə açdığı basqında 15 yaşlı Məhəmməd Bilhan başına, sinəsinə və qarnına dəyən güllələrdən həyatını itirib. Basqın zamanı iki fələstinli yaralanıb.

İsrail əsgərləri də bu gün İordan çayının qərb sahilinin Nablus şəhərində Əl-Ayn Qaçqınlar Düşərgəsinə basqın edib və 3 fələstinlini yaralayıb.

Qeyd edək ki, bu il İsrailin hücumları nəticəsində 96 fələstinli həyatını itirib.

Seymur Bənnayev

Sitat.info



Xəbər xətti