İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani bildirib ki, İrandan bir nümayəndə heyəti Səudiyyə Ərəbistanındakı səfirlik və konsulluq əməliyyatlarına nəzarət etmək və müzakirə etmək üçün yaxın günlərdə Səudiyyə Ərəbistanına gedəcək.
Sitat.info xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani həftəlik mətbuat konfransında Səudiyyə Ərəbistanı ilə münasibətləri müzakirə edib.
İran və Səudiyyə Ərəbistanı arasında normallaşma səylərinin bölgədə sabitlik və təhlükəsizliyi artıracağını ifadə edən Kenani: "İran və Səudiyyə Ərəbistanı arasında normallaşma razılaşması indiyə qədər bölgədə müsbət atmosfer yaradıb. İki ölkə arasında əməkdaşlıq regionda sülh və təhlükəsizliyin təmin olunmasında müsbət nəticə verəcək", - deyə bildirib.
Səudiyyə Ərəbistanı ilə qarşılıqlı olaraq səfirlik açma prosesində olduqlarını ifadə edən Kenani, İrandan bir heyətin önümüzdəki günlərdə Səudiyyə Ərəbistanına gedərək səfirlik və konsulluq əməliyyatlarını yoxlayacağını və müzakirə edəcəyini bildirib. Səudiyyə Ərəbistanından bir nümayəndə heyətinin də eyni məqsədlə paytaxt Tehranda olduğunu izah edən Kenani bildirib: "Səudiyyə Ərəbistanı nümayəndə heyəti şənbə günü Tehrana gəldi. Səfirlik və konsulluq binalarının açılışı üçün ilkin hazırlıqlar görülür. Eyni şəkildə, bu məqsədlə yaxın 2-3 gün ərzində İrandan gedəcək nümayəndə heyəti səfirlik əməliyyatlarını yoxlayacaq və araşdıracaq".
Məğrur
Sitat.info