"Müharibə zamanı ölkəmizin 1 300 nəfərə yaxın, Rusiyanın isə 12 mindən çox hərbçisi həlak olub. Hər on nəfərdən biri. Onların 12 min hərbçisinin həlak olmasına sevinmirəm".
SİTAT.İNFO Report-a istinadən xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Zelenskinin sözlərinə görə, bu, onun bütövlükdə dünyaya baxışı deyil, çünki rusların da valideynləri var.
“Onları göndərdilər, əksəriyyəti hara gəldiklərini ümumiyyətlə bilmirlər”, - Zelenski bildirib. Dövlət başçısı qeyd edib ki, Rusiya hərbçiləri hansısa faşizmdən danışırlar. “Onların beynini doldurdular ki, biz burada bir növ nasistik, sözlərimə görə məni bağışlayın”, - Ukrayna lideri deyib.
Onun sözlərinə görə, Rusiya hərbçiləri talan edir, şəhərləri mühasirəyə alır - insanlara su gətirməyə imkan vermirlər. "Onların evə necə qayıdacaqlarını bilmirəm. Çünki onların baxışları artıq dəyişir", - Ukrayna Prezidenti əlavə edib.