“Dərman vasitələrinin idxal prosedurunun sadələşdirilməsi təmin edilməlidir”.
Sitat.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
O, idxal prosesi ilə bağlı Türkiyə nümunəsini diqqətə çatdırıb: “Qardaş Türkiyədə də görürük ki, əlavə xərclər belə qiymətlərin bahalaşmasına səbəb olmur. Səfərə gedəndə tanış şəxslər deyirlər ki, getdiyin ölkədən filan dərmanı alıb gətirərsən".
Komitə sədri vurğulayıb ki, ölkədə dərman vasitələrinin qiymətləri çox bahadır: "Xaricdən dərman gətirəndə gömrükdə icazə verilmir. Hər kəsin pasportunda qeyd olunur ki, şəxs ildə neçə dəfə xaricə səfər edir. İki dəfə xaricə səfər edən şəxs bilinir ki, dərman alveri ilə məşğul deyil. Ona görə də bu problemlər aradan qaldırılmalıdır".