İmam namaz qılarkən kürəyindən bıçaqlandı - FOTO/VİDEO

16:16 11 Aprel 2023

ABŞ-nin Nyu-Cersi ştatındakı Ömər məscidinin imamı 65 yaşlı Seyid Əl-Nakib bazar günü sübh namazını qılarkən bıçaqlı hücuma məruz qalıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, camaatın içində gizlənən Şerif Zorba adlı təcavüzkar imamı səcdədə olarkən bıçaqlayıb.

Hadisədən sonra imam Saint Joseph Xəstəxanasında yerləşdirilib. Bələdiyyə sədri Andre Sayeq hadisədən qısa müddət sonra xəstəxanaya getdiyini, imamın həyatı üçün təhlükə olmadığını və vəziyyətinin stabil olduğunu açıqlayıb.

Hücum edən şəxs məsciddən qaçmaq istəyərkən insanlar tərəfindən tutularaq polisə təhvil verilib.

Hazırda hadisə ilə bağlı istintaq davam edir. Hücumu həyata keçirən Şerif Zorba türk tərcüməçi vasitəsilə ilk ifadəsini verib və o, adam öldürməyə cəhd, qanunsuz silah saxlama kimi ittihamları rədd edib.

Məlumata görə, imamı bıçaqlayan 32 yaşlı Ş.Zorba İstanbulda doğulub. O, qısa müddət əvvəl ABŞ-yə gedib.

İstintaqı davam etdirən polisin də türk olduğu bildirilib.

 




Xəbər xətti