Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə Sitat.info-ya Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Bildirilib ki, ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.