Ermənistanın Baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi Vətəndaş Müqaviləsi partiyası təcili toplantıya başlayıb.
Sitat.info xəbər verir ki, bu barədə Ermənistanın "24news" nəşri yazıb.
Bildirilib ki, iclasın gündəliyində bir neçə məsələ var. Partiyanı təmsil edən deputatlar Azərbaycanla sərhəddə yaranan son gərginliyi də müzakirə edirlər.
Qedy edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb. Ermənistan ordusunun xeyli sayda itki verdiyi bildirilir.