Müharibədə Ukraynada ölən mülki şəxslərin sayı açıqlandı

19:13 11 Aprel 2023

Rusiyanın hərbi müdaxiləsinin başladığı zamandan Ukraynada 8 490 mülki şəxs həlak olub.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilib ki, müharibə nəticəsində 14 244 nəfər dinc şəxs yaralanıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb.



Xəbər xətti