Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili ilə bağlı Strasburq məhkəməsinə müraciət edilib.
Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkillərindən biri Şalva Xaçapuridze məlumat verib.
Qeyd edək ki, Saakaşvili 2022-ci ilin may ayından etibarən Vivamed klinikasında müalicə alır.
O, 2021-ci il oktyabrın 1-də həbs olunduqdan dərhal sonra aclıq aksiyasına başlayıb.