Bu gün şəhid olan hərbçimiz bir neçə ay imiş ki, ailə qurmuşdu

20:51 11 Aprel 2023

Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafa rayonundandır.

Sitat.info "report"a istinadən xəbər verir ki, Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğludur. O, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olub.

Qeyd edək ki, E.Həsənov bir neçə ay öncə ailə həyatı qurub.



Xəbər xətti