Ermənistan MN məlumat yaydı: Cəbhədə vəziyyət...

02:56 12 Aprel 2023

Saat 23:00-a olan məlumata görə, cəbhə xəttində vəziyyət nisbi stabildir.

Sitat.info xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd edək ki, bu gün ermənilər Dığ kəndi istiqamətindəki mövqelərindən Azərbaycan Ordusuna qarşı təxribat törədiblər. Nəticədə 3 hərbçimiz şəhid olub.

Ordumuzun cavab zərbələri nəticəsində Ermənistan MN 4 əsgərinin öldüyünü, 6-nın yaralandığını bildirir. Erməni sosial şəbəkə istifadəçiləri isə onlarla itki verdiklərini qeyd edirlər.



Xəbər xətti