ABŞ əsgərləri Suriyanın Həsəkə vilayətinin cənubundakı Şeddadi rayonunda YPG/PKK terrorçularına silahlı təlim keçib.
Sitat.info xəbər verir ki, Suriyada terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdə mövcudluğu olan ABŞ qüvvələri terror təşkilatına silahlı təlim dəstəyini davam etdirir.
AA-nın yerli mənbələrdən əldə etdiyi məlumata görə, aprelin 10-da Şeddadi rayonunun cənubundakı Şeyx Osman kəndində 30 amerikalı təlimçinin iştirakı ilə təxminən 230 YPG/PKK terrorçusuna silahlı təlim keçirilib.
Çoxlu sayda ABŞ istehsalı olan “Bradley” tipli zirehli döyüş maşınının istifadə olunduğu təlimdə YPG/PKK terrorçularına snayper, cangüdən, təxliyyə və artilleriya atəşi təlimləri keçirilib.
Digər tərəfdən, ABŞ helikopterləri təlim bölgəsində kəşfiyyat uçuşları həyata keçirib.
ABŞ-ın terror təşkilatına verdiyi silahlı təlimin davam edəcəyi gözlənilir.
Seymur Bənnayev
Sitat.info