Şəhid Zalovun əmanəti...

10:57 12 Aprel 2023

Ermənistan ordusunun dünən Laçın istiqamətində törətdiyi təxribat zamanı şəhid olan Vidadi Nizami oğlu Zalov bu gün dəfn ediləcək.

“Qafqazinfo” xəbər verir ki, gizir V.Zalovla vida mərasimi doğulub böyüdüyü Saray qəsəbəsində keçiriləcək və orada dəfn ediləcək.

UNEC-in yaydığı məlumatda bildirilib ki, Vidadi Zalov 17 iyul 1985-ci ildə Saray qəsəbəsində anadan olub və Saray qəsəbəsi 2 saylı məktəbi bitirib. O, 2003-2007-ci illərdə UNEC-də “Maliyyə” ixtisası üzrə təhsil alıb.

Ailəli və 2 övlad atası olan Vidadi Zalovla yanaşı dünən daha iki hərbçimiz Ermənistan ordusunun təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olub.

 



Xəbər xətti