Azad Vətən Partiyası bəyanat qəbul etdi

11:25 12 Aprel 2023

Azad Vətən Partiyasi aprelin 11-də Ernənistan silahlı qüvvələrinin növbəti hərbi təxribatı ilə əlaqədar bəyanat qəbul edib.Bəyanatda deyilir: “Azad Vətən Partiyası Azərbaycanın Laçın, Cəbrayıl və Daşkəsən bölgələri istiqamətlərində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozaraq təxribat törətməsini, vəziyyəti gərginləşdirməsini qətiyyətlə pisləyir.

Ermənistanın təxribatları nəticəsində Azərbaycanın 3 hərbi qulluqçusu həlak olub.Çox təəssüf edirik ki, beynəlxalq və regional təşkilatlar Ermənistanın cinayətkar hərəkətlərinə adekvat qiymət vermir, mənasız açıqlamalarla kifayətlənirlər. Baş verən hadisələr göstərir ki, nəinki Ermənistan, hətta bölgədə sabitliyin qarantı olmaq iddiasında olan Rusiya da sülh proseslərində maraqlı deyillər, əldə olunmuş razılaşmaları yerinə yetirmək istəmirlər, Azərbaycanın haqlı mövqeyi ilə hesablaşmaq istəmirlər və destruktiv fəaliyyələrtini davam etdirirlər. Azərbaycan Ordusunun düşmənə layiqli cavab verməsini, əsgər və zabitlərimizin sücaətini yüksək qiymətləndirir, Şəhidlərimizə Allahdan rəhmət diləyirik.

Azərbaycan Ordusu düşmənin təxribatlarının qarşısını məharətlə alıb, onları geri çəkilməyə məcbur edib.Amma bu, uzun müddət davam edə bilməz, Ermənistan cinayətkar təxribatlarına son qoymalıdır.

Beynəlxalq təşkilatlar Ermənistanın bu cür hərəkətlərinin qarşısını almaq üçün təsirli tədbirlər görməlidir.Avropa İttifaqının bölgəyə göndərdiyi müşahidəçilər missiyası, Ermənistanı PUA-larla təchiz edən İran İslam Respublikası və bölgəyə sülhməramlı kontingent yerləşdirən Rusiya bu cür təxribatlarda birbaşa məsuliyyət daşıyırlar.

Yaranmış vəziyyətdə Azərbaycan Ordusunun adekvat fəaliyyəti müsbət dəyərləndirilməludir. Bu şəraitdə, hesab edirik ki, Azərbaycan hakimiyyəti xalqın dəstəyinə arxalanaraq sərt və konkret addımlar atmalı, düşmənin hərbi gücdən salınması, bir daha təxribat törədə bilməməsi üçün hətbi əməliyyatlar həyata keçirməli, əks hərbi tədbirləri davam etdirilməli, Xankəndi və digər ərazilərdə Azərbaycanın suveren hüquqları bərpa edilməlidir”. 
AzVP-nin mətbuat xidməti
12.04.2023



Xəbər xətti