Rusiyanın müharibədəki hərbi itkiləri açıqlandı - MİLYARDLARLA DOLLAR...

23:45 12 Mart 2022

“Forbes” Ukrayna ordusu tərəfindən sıradan çıxarılan Rusiya hərbi texnikasının qiymətini hesablayıb.

Musavat.com "Report"a istinadən xəbər verir ki, bu barədə “Forbes Ukraine” nəşri yazıb.

Hesablamalara görə, Ukrayna ordusu Rusiyanın ümumilikdə 5 milyard dollarlıq (ABŞ dolları-red) hərbi texnikasını sıradan çıxarıb.

“Ümumi itkilərin 47%-i təyyarə və helikopterlərin, 29%-i tankların, 14%-i zirehli döyüş maşınlarının payına düşür. Xüsusilə, məhv edilmiş tanklar Rusiyaya 1,5 milyard dollara, təyyarələr və helikopterlər isə 2,4 milyard dollara başa gəlib”, - məlumatda deyilir.

Rusiya ən böyük itkini fevralın 25-də, ən az itkini isə martın 2-də verib.



Xəbər xətti