"Türkiyədə seçki kampaniyasında aktiv müzakirə olunan mövzilardan biri bizim üçün də aktualdır. Söhbət dövlət qulluğuna qəbulda gənclər arasında ayrı-seçkiliyə, partizanlığa, nepotizmə imkan yaradan müsahibə üsulunun tətbiqidir. Türkiyə müxalifəti özünün hazırladığı ortaq razılaşdırma sənədinə belə bir bənd salıb ki, işə qəbul üçün test imtahanları kifayətdir. İmtahanda toplanan ballara uyğun olaraq iddiaçılar sıra ilə iddia etdikləri qurumlara yerləşdilməlidirlər".
Bu sözləri Sitat.info-ya açıqlamasında iqtisadçı ekspert Rövşən Ağayev deyib.
Onun fikrincə, dünən öz seçki vədlərini açıqlayan hazırkı prezident də bu addımı atacaqlarını gənclərə söz verib: "Azərbaycanda da oxşar sistem var: "Dövlət qulluğu haqqında" Qanunun 28-ci maddəsinə görə, dövlət qulluğuna qəbul test imtahanından və müsahibədən ibarət olan ikimərhələli müsabiqə əsasında aparılır. Seçki rəqabəti Türkiyədə bu şəffaf olmayan mexanizmi tarixə qovuşduracaq. Bizim gənclərdə həmin siyasi rəqabətin yaranacağı günü gözləməli olacaqlar - əgər bu ədalətsizlikdən, qeyri-bərabər inkişaf mühitindən xaricə köç edib qurtarmasalar".
Səid İsaoğlu,
Sitat.info