Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam edir.
Sitat.info "MOUZE" teleqram kanalına istinadən xəbər verir ki, əməliyyatlar zamanı İranın molla rejiminə xidmət edən daha bir neçə nəfər saxlanılıb.
Onlar - Kənan Yusifzadə, Vüsal Manafov, Bəxtiyar İsazadə, Elyar Nəzərov və Vüqar Süleymanovdur.
Sitat.info-nun əldə etdiyi xəbərə görə, saxlanılan şəxslərdən bəziləri narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinirlər.