ABŞ elan etdi: İŞİD-in liderlərindən biri Suriyanın şərqində ələ keçirilib

23:27 12 Aprel 2023

ABŞ Mərkəzi Qüvvələr  Komandanlığı (CENTCOM) Suriyanın şərqində vertolyotla təşkil edilən basqında terror təşkilatı DEAŞ liderlərindən Huzeyfe əl-Yəmənini və onun iki müavinini ələ keçirdiklərini açıqlayıb. Əməliyyatda mülki itkilərin olmadığı da bildirilib.

Sitat.info xəbər verir ki, Bu barədə ABŞ Mərkəzi Qüvvələr Komandanlığı (CENTCOM) bəyanat yayıb.

CENTCOM-dan verilən yazılı açıqlamada, DEAŞ-ın hücumu planlaşdıranlardan biri olduğu iddia edilən Huzeyfə əl-Yəmənin ABŞ hərbçilərinin helikopterlə həyata keçirdiyi reyd əməliyyatında ələ keçirildiyi qeyd edilib.

Bəyanatda Suriyanın şərqindəki əməliyyatda mülki itkilərin olmadığı və Yəmənin ələ keçirilməsinin təşkilatın əməliyyat keçirmə qabiliyyətinə ciddi zərbə olduğu bildirilib.

Məğrur

Sitat.info



Xəbər xətti