“Biz həmçinin Praqa və Soçi razılaşmaları əsasında sərhədlərin delimitasiyasına hazırıq”.
Sitat.info xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
“Bütün çətinliklərə baxmayaraq, biz bütün regional məsələlərin, Qarabağ və Ermənistan-Azərbaycan münasibətlərinin danışıqlar yolu ilə həlli siyasətinə sadiq qalırıq və iştirakımızı davam etdiririk. Biz həmçinin daha əvvəl qeyd etdiyimiz prinsiplər əsasında regional iqtisadi və nəqliyyat əlaqələrinin yenidən açılmasına hazırıq”, - deyə o əlavə edib.