Nikol Paşinyan ATƏT sədri ilə görüşüb

18:07 13 Aprel 2023

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 13-də İrəvanda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə görüşüb.

Sitat.info xəbər verir ki, bu barədə “Baqramyan26” teleqram kanalı məlumat yayıb.

Tərəflər Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və regional məsələləri müzakirə ediblər.

Qeyd edək ki, B.Osmani bölgədə səfərdədir. O, aprelin 11-də Gürcüstanda, aprelin 12-də isə Azərbaycanda olub.



Xəbər xətti