Məşədi Dadaş məscidinə din xadimi nə vaxt təyin olunacaq? - RƏSMİ

12:38 14 Aprel 2023

Yaxın vaxtlarda Məşədi Dadaş məscidinə din xadimi təyinatı olacaq.

 Bunu Manset.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.

“Təyinat üçün adətən vəfat edən şəxsin 40 məclisinin olmağı gözlənilir. Artıq 40 mərasimi olub. Məsələ yekunlaşmaq üzrədir. Yaxın vaxtlarda məscidə din xadimi təyinatı olacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri Hacı Şahin Həsənli martın 2-də ürəktutmasından vəfat edib.



Xəbər xətti