Çox xoş ətirli yeni çiçək kəşf edildi - FOTO

17:07 14 Aprel 2023

Tailand tədqiqat qrupu ətirli çiçəkli bitkinin yeni növünün kəşf edildiyini açıqlayıb.

Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, tədqiqatçılar Anonagil fəsiləsinə aid olan bu bitki növünü ölkənin cənubundakı “Narathiwat” şəhərində aşkar ediblər. Bitkinin nəsli kəsilmə riskinin yüksək olduğunu vurğulayan tədqiqatçılar, Anonagil fəsiləsindəki nadir və naməlum bitkilərin təsnifatını və təkamülünü araşdırmaq və qorumaq üçün başladılan layihə çərçivəsində çalışırlar.

Bildirilib ki, komanda bitkiyə “Friesodielsia lalisae” adını verib. Bu ad Tayland əsilli Blackpink K-Pop qrupunun üzvü Lalisa "Lisa" Manobandan ilhamlanaraq seçilib.




Xəbər xətti