Ukrayna bu tarixdə genişmiqyaslı hücuma keçəcək -  Gizli sənədlər ələ keçdi

14:46 17 Aprel 2023

Pentaqonun mətbuata sızdırılmış sənədlərinə görə, Ukraynanın hücumu aprelin 30-na planlaşdırılıb.

Sitat.info xəbər verir ki, ABŞ vətəndaşı Cek Teyşeyranın yaydığı iddia edilən sənədlərdə aprelin 30-u Ukraynanın hücum günü kimi göstərilir.

Güman edilir ki, bu vaxta qədər Ukrayna Silahlı Qüvvələri lazımi döyüş gücünə, o cümlədən lazımi silahların tədarükünə çatacaq. 

Bununla yanaşı Qərb mediası, eləcə də Ukrayna komandanlığı uzun müddətdir ki, yaz əks-hücumunun gözlənilən tarixi ilə bağlı yeni müharibə xəbərləri yayır.

Lalə,

Sitat.info



Xəbər xətti