Ərdoğanın rəqibi namizədliyini geri götürür?

16:22 17 Aprel 2023

Türkiyədə prezidentliyə namizəd “Memleket” partiyasının başqanı Məhərrəm İncə namizədliyini geri götürmək və 7 müxalifət partiyasının namizədi Kamal Kılıçdaroğlunu dəstəkləmək niyyətində deyil. 

Sitat.info xəbər verir ki, bu barədə “RİA Novosti” namizədə yaxın mənbəyə istinadən məlumat yayıb.

Bir müddət əvvəl “Gezici” Araşdırmalar Mərkəzinin direktoru Murat Gezici İncənin tezliklə seçkilərdə iştirakdan imtina edəcəyini və Kılıçdaroğluna dəstək ifadə edəcəyini bildirmişdi.

“Bu, heç bir halda olmayacaq. İncə 114 mindən çox imza toplayaraq namizəd olub. İncə ona inananları yarı yolda qoymayacaq”, - mənbə vurğulayıb.

İncə 2018-ci il seçkilərində müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi kimi iştirak edib və 30%-dən çox səs toplayıb, lakin sonradan CHP-dən ayrılaraq “Memleket” partiyasını yaradıb.



Xəbər xətti