SOCAR I rübdə 500 milyon manatdan çox vergi ödəyib

18:07 17 Aprel 2023

Bu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin neft sektoru üzrə gəlirləri 3 860 milyon manat təşkil edib ki, bunun da 59,2 %-ni və yaxud 2 284 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 40,8 %-ni və yaxud 1 576 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edib.

Sitat.info bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxil olmuş vəsaitin 67,7 %-i və yaxud 1 545,7 milyon manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 22,5 %-i və yaxud 513,1 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 9,8 %-i və yaxud 225,2 milyon manatı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ödədiyi mənfəət vergisi olub.



Xəbər xətti