Ukraynanın Krımı azad etmək planı tədricən həyata keçirilir.
Sitat.info xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.
“Yazının sonuna qədər hələ xeyli vaxt var. Hər şey qrafik üzrə gedir. Görək yaxın gələcəkdə hadisələr necə inkişaf edəcək. Ukraynanın əks-hücum əməliyyatı dəqiq plan və qrafikə uyğun gedir”, - Budanov bildirib.
Budanov qeyd edib ki, baş verəcəklərin bütün təfərrüatını açıqlaya bilməz:
“İndi bunu etsəm, planı ruslara açıqlamış olaram. Bu heyrətamiz və sürətli olacaq”.
/Axar.az