"Ermənistanda 53 nəfər dövlətə xəyanətdə ittiham olunur" - Paşinyan

15:05 18 Aprel 2023

Ermənistanda 53 nəfər dövlətə xəyanətdə ittiham olunur.

Manset.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 18-də parlamentin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dövlətə xəyanətdə ittiham olunanların əksəriyyəti yüksək rütbəli və vəzifəli zabitlərdir: “Onlar müharibə zamanı mövqelərimizi rəqibə pul qarşılığında ötürüblər”.



Xəbər xətti