Zəlzələ təhlükəsi: Türkiyədə ehtiyat şəhərlər yaradılır

09:00 19 Aprel 2023

İstanbula əlavə əhalinin gəlməsinə icazə verməyəcəyik. 

Sitat.info xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-yə müsahibəsində deyib.

“İstanbulda toplam 1 milyon əhalisi olan iki ayrı şəhər yaradacağıq. Bu yaşayış sahələri peyk-şəhər modeli olacaq. Anadolu və Avropa səmtlərində 130 milyon kv.m-ə ehtiyac var. Nazirlik yerləri müəyyən edib. Egey zonası üçün də bənzər hazırlığımız var. Zəlzələ təhlükəsinin olduğu 7 coğrafi regionda 7 ehtiyat şəhər üçün işlər başladıldı”, - deyə dövlət başçısı bildirib.



Xəbər xətti