Bakıda qəbiristanlıqda məzar daşları dağıdıldı - DİN hərəkətə keçdi

11:45 19 Aprel 2023

Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən qəbirstanlıqların birində qəbir daşları dağıdılıb.

DİN-in Mətbuat xidmətindən “Sitat.info”ya bildirilib ki, naməlum şəxslər tərfindən bir neçə qəbir daşının dağıdılması ilə bağlı araşdırmalara başlanılıb:

“Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkət) cinayət işi açılıb. Əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən edilib istintaqa cəlb edilməsi istiqamətində tədbirlər görülür.

Tədbirlərinin nəticəsi ilə bağlı məlumat veriləcəkdir”.



Xəbər xətti