Avropa Parlamenti (AP) meşələrə zərər verərək hazırlanan müxtəlif məhsulların Birliyə üzv ölkələrə idxalını qadağan edən qanunu təsdiqləyib.
Sitat.info xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
Məlumata əsasən, Avropa Parlamenti (AP) Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında meşələrin qırılmasının qarşısının alınması, iqlim dəyişikliyi ilə mübarizə və biomüxtəlifliyin itkisinin qarşısının alınması məqsədilə hazırlanan qanun qəbul olunub.
Qanuna görə, Avropa İttifaqı ölkələrinin bazarlarında satılan məhsullar meşələrin qırılmasına səbəb olmamalıdır.
Xüsusilə palma yağı, mal əti, taxta, qəhvə, kakao, şokolad, mebel, kağız və bu kimi məhsulların idxalı qadağan edilib.
//demokrat.az