“Avrora” MMC aztəminatlı ailələrə bayram sovqatı çatdırıb

11:00 20 Aprel 2023

“Avrora” MMC korporativ sosial məsuliyyətini dərk edərək və bunu beş əsas dəyərindən birinə çevirərək daima bu istiqamətdə əməli addımlar atır. Bu il də Ramazan bayramı ilə əlaqədar yardım aksiyası keçirib.

Sitat.info xəbər verir ki, şirkət yardım aksiyası zamanı Qızıl Aypara Cəmiyyəti ilə birgə Nəsimi rayonu ərazisində məskunlaşmış şəhid və qazi ailələrinə, o cümlədən aztəminatlı, kimsəsiz və yaşlı insanlara qida və gündəlik tələbat məhsullarından ibarət ərzaq bağlamaları çatdırıb.

Məlumat üçün bildirək ki, “Avrora” şirkəti 2023-cü ildə təkcə Ramazan bayramı münasibətilə şirkətə müraciət edən müxtəlif təşkilatlar vasitəsilə 500-dən çox ailəyə də ərzaq yardımı göstərib.




Xəbər xətti