Avropa İttifaqı (Aİ) son vaxtlar geniş yayılan ChatGPT chatbot kimi müxtəlif süni intellekt texnologiyalarına sərt qaydalar tətbiq edəcək qanunun əhatə dairəsini müəyyən etməyə çalışır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Aİ-nin hələ ChatGPT və ya oxşar süni intellekt sistemləri ilə bağlı tənzimləməsi yoxdur, lakin 2 il əvvəl Aİ Komissiyası süni intellektlə bağlı yeni qaydaların çərçivəsini özündə əks etdirən ilk qanunvericilik təklifini hazırlamış və üzv dövlətlərə və Avropa Parlamentinə təqdim etmişdi.
Bu təklif süni intellekt sistemlərinin istifadəsində bəzi məhdudiyyətlər və şəffaflıq qaydaları təqdim etdi və qanuna çevrilərsə, ChatGPT kimi süni intellekt sistemləri də bu qaydalara uyğun istifadə edilməli olacaq.
Təklifdə süni intellekt qanununu pozanlar üçün 30 milyon avroya və ya qlobal mənfəətin 6%-nə qədər cərimələr nəzərdə tutulur.
Qüvvəyə minməsi üçün AP və üzv dövlətlərin təsdiqini tələb edən süni intellekt qanunu üzərində işlər hələ də davam edir.