"Orduda nizam-intizam qaydalarına yenidən baxılmalıdır" - Sərdar Cəlaloğlu

15:44 20 Aprel 2023

"Azərbaycanın əsir düşən iki əsgəri ilə bağlı Ermənistan beynəlxalq hüquqlara zidd hərəkətlər nümayiş etdirir.  Onlara işgəncə verilməsinə və beynəlxalq konvensiyanın şərtlərini pozmasına görə, Ermənistan hərbi məhkəməyə verilməlidir".

Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.

O əlavə edib ki, bundan əvvəl də 2 əsgərimiz Kəlbəcərdə yoxa çıxıb və bu günə qədər tapılmayıb: "Müdafiə Nazirliyinin sözlərinə görə, onlar qar uçqunun altında qalıb və qar əridikdən sonra meyitləri çıxarılacaq. Ümumiyyətlə. Azərbaycan ordusunda nizam-intizam qaydalarına yenidən baxılmalıdır. Dağ başında  və əlverişli olmayan hava şəraitində əsgər postu tərk edirsə,  həmin əsgərin əlaqə yaratması üçün və yolunu rahat tapa bilməsi üçün lazımi texnika ilə təchiz olunmalıdır. Bəs bu əsgərlər nə üçün postdan çıxırlar? Bəlkə ermənilər bunları tutacaq? Hara gedir bu əsgərlər? Ermənilər ilkin olaraqda dedilər ki, guya bunlar Azərbaycandan qaçıblar sığınacaq üçün Ermənistana gəliblər. Sonra bu versiyanı dəyişdilər. Bu mənada  Orduda nizam-intizam qaydalarına yenidən baxılmalıdır". 

Səid İsaoğlu,
Sitat.info



Xəbər xətti