Məlum olduğu kimi, Ermənistan uzun müddətdir KTMT-yə qarşı sərt fikirlər səsləndirib və hətta ölkədə KTMT təlimlərinin keçirilməsinə icazə verilməyib.
Sitat.info Armeniatoday-ə istinadən xəbər verir ki, bu gün isə Ermənistanın baş naziri Nikol Paşinyan açıqlama verib ki, Ermənistan Azərbaycanla sərhəddə KTMT missiyasını yerləşdirməyə hazırdır,
“Təkcə Rusiya deyil, Ermənistan da hazırdır. Biz şikayətlərimizi , KTMT -nin fəaliyyəti ilə bağlı səmərəli olması üçün arzularımızı dedik, çünki ki, bu da ölkəmiz və regionumuz üçün vacibdir”.
Baş nazir KTMT missiyasını Aİ missiyası ilə eyni kontekstdə nəzərdən keçirməməyə çağırıb. O deyib ki, Ermənistanın KTMT missiyasından gözləntiləri Aİ missiyasından qat-qat yüksəkdir”,
Nərgiz,
Sitat.info