Ermənistan parlamentində dava düşüb.
Sitat.info news.am-a istinadən xəbər verir ki, Ermənistan Milli Assambleyasının aprelin 20-də keçirilən iclasında gərgin vəziyyət yaranıb. Daha sonra bu gərginlik deputatların və təhlükəsizlik orqanları əməkdaşlarının kütləvi davasına çevrilib.
Müxalifətçi deputat Taquhi Tovmasyan tribunadan çıxış edərək siyasi aksiya elan edib. Daha sonra parlamentin tribunasını tərk etməkdən imtina edib.
Buna cavab olaraq spiker Alen Simonyan təhlükəsizlik qüvvələrini iclas zalına çağırıb. Tovmasyan müxalifəti aksiyaya qoşulmağa və tribunaya yaxınlaşmağa çağırıb. Onun çağırışından sonra bəzi deputatlar da tribunaya yaxınlaşıblar. Daha sonra dava başlayıb və deputatlar spikerə bağırıblar.
Nərgiz,
Sitat.info