Zelenski Stoltenberq qarşısında böyük tələb irəli sürdü: Görün NATO rəhbərindən nə istədi?

16:28 20 Aprel 2023

Bu gün Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevə səfərdə olan NATO baş katibi Yens Stontenberqlə görüşüb.

Sitat.info xəbər verir ki, Zelenski Stoltenberqlə birgə mətbuat konfransında bildirib ki, Ukraynanın NATO-ya daxil olması üçün heç bir maneə yoxdur.

Onun sözlərinə görə, Ukrayna Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) üzv ölkələrin dövlət və hökumət başçılarının iyul ayında keçiriləcək sammitində Alyansa qoşulmazdan əvvəl təhlükəsizlik təminatlarını təsdiqləmək istəyir, lakin NATO üzvlüyünə alternativlər nəzərdən keçirilmir.

  "NATO-nun Vilnüs sammiti tarixi ola bilər. Sammitdə iştirak etmək üçün dəvətə görə minnətdaram, lakin Ukraynanın da müvafiq dəvət alması vacibdir. Ukraynanın sammitə dəvət olunması ilə bağlı siyasi qərarların qəbuluna əngəl ola biləcək bir obyektiv faktor yoxdur. NATO ölkələrində insanların əksəriyyəti və ukraynalıların əksəriyyəti dövlətimizin Alyansa daxil olmasını dəstəkləyir  və müvafiq qərarların qəbul edilməsinin vaxtıdır”, - deyə Zelenski bildirib.

Prezident vurğulayıb ki, artıq Avroatlantik məkanın təhlükəsizliyini Ukraynasız təsəvvür etmək mümkün deyil, insanlar da bunu başa düşürlər”. 

Nərgiz,

Sitat.info



Xəbər xətti