Belə ki, Rusiya raketləri və pilotsuz təyyarələrinin zərbələri nəticəsində Ukraynanın enerji sisteminə dəyən ümumi ziyan milyardlarla dollar qiymətləndirilir. Hazırda sə Ukraynaya enerji sistemini qışa qədər təcili bərpa etmək üçün 1 milyard dollardan çox ehtiyac var.
Sitat.info xəbər verir ki, bu barədə Ali Radanın Energetika və Mənzil Kommunal Təsərrüfatı Komitəsinin sədri Andriy Gerus bildirib.
"Növbəti qışa qədər enerji sisteminin təcili bərpası üçün 1 milyard dollardan çox ehtiyac vəsaitə var. Bu, ən azı 40 milyard UAH-dır", - o deyib.
Gerus qeyd edib ki, Rusiya raketləri və pilotsuz təyyarələrinin zərbələri nəticəsində Ukraynanın enerji sisteminə dəymiş ziyan milyardlarla dollar qiymətləndirilir.
Məğrur,
Sitat.info