G7 ölkələri Rusiyaya ixracı tam qadağan edir

16:57 20 Aprel 2023

Böyük Yeddilik ölkələri i Rusiyaya malların ixracına demək olar ki, tam qadağa tətbiq etmək imkanını nəzərdən keçirir.

Sitat.info xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Agentliyin məlumatına görə, G7 ölkələrinin rəsmiləri mayın 19-21-də Xirosimada keçirilməsi planlaşdırılan G7 sammiti ərəfəsində Rusiyaya “ ixraca tam qadağa” imkanlarını müzakirə edirlər.

Qeyd olunur ki, ixrac qadağasına bir sıra istisnalar daxil ola bilər ki, onlar da dərman, kənd təsərrüfatı məhsulları və ərzaq məhsullarına şamil oluna bilər. G7 nümayəndələri Avropa İttifaqı üzvlərinin məhdudlaşdırıcı tədbirə qoşulacağını gözləyirlər. Mümkün qadağanın müzakirəsi davam edir, yekun qərar verilməyib- deyə Bloomberg vurğulayır.

Nərgiz,

Sitat.info



Xəbər xətti