"Kremlin sözçüsü Dmitri Peskov Fransa və İngiltərənin nüvə silah arsenalının faktiki olaraq ABŞ-ın nəzarətində olduğunu bildirib.
Sitat.info xəbər verir ki, Peskov Moskvada jurnalistlərə açıqlamalar verib.
O bildirib ki, Fransa və İngiltərənin nüvə potensialını nəzərə almadan ABŞ ilə danışmaq tamamilə mənasızdır.
Fransanın nüvə silahlarının azaldılması ilə bağlı mövqeyini qiymətləndirən Peskov deyib: "Təbii ki, həm Fransanın, həm də İngiltərənin nüvə arsenalları əslində ABŞ-ın nəzarətindədir. Ona görə də ABŞ-la bunları nəzərə almadan danışmaq tamamilə mənasızdır. Bu iki ölkənin nüvə potensialını nəzərə alın. Bu konseptual yanaşmadır”.
Fransa və İngiltərənin NATO sisteminin bir parçası olduğunu bildirən Peskov əlavə edib ki, NATO əslində ABŞ-ın nəzarətindədir.
Ukraynanın NATO-ya üzv olmasının qarşısının alınması məsələsinə gəlincə, Peskov bunun Rusiyanın Ukraynada həyata keçirdiyi “xüsusi hərbi əməliyyat”ın hədəflərindən biri olduğunu vurğulayıb: “Əks halda bu, ölkəmizin təhlükəsizliyi üçün ciddi təhlükə yaradacaq”.
Məğrur,
Sitat.info