Amerikalı iş adamı Elon Mask "Tesla" şirkətinin maliyyə hesabatlarının açıqlanmasından və "Starship" raketinin qəzaya uğramasından sonra bir gün ərzində sərvətinin 7 faizini itirib.
Sitat.info xəbər verir ki, bu barədə "Bloomberg" nəşri yazır.
Bu gün "SpaceX"in ən güclü kosmik gəmisi olan Starship raketi təxminən 38 kilometr yüksəklikdə buraxılış zamanı çökdü. Maskın digər şirkəti olan elektrik avtomobil istehsalçısı Tesla da mənfəətinin 24 faiz azaldığını bildirdi. Bunun fonunda şirkətin səhmləri 9,75 faiz ucuzlaşıb.
BBI-nin məlumatına görə, Maskın sərvəti 12,6 milyard dollar (yeddi faiz) azalıb ki, bu da dünyanın ən böyük gündəlik itkisidir.