Azərbaycanda partiya sədri həbs edildi

23:32 21 Aprel 2023

Nərimanov Rayon Məhkəməsində keçirilən prosesdə Anar Əsədli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

 

Anar Əsədli dələduzluqda təqsirləndirilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlayıb.

 

Qeyd edək ki, Anar Əsədli bir müddət əvvəl də tanışları Oqtay Qasımov və İlham Hüseynovun şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırılmışdı.

 

Şikayətçilər Anar Əsədlini onlara olan borclarını qaytarmamaqda ittiham edirlər.

 

Əlavə edək ki, bu işlə əlaqədar Anar Əsədlinin ölkədən çıxışına da qadağa qoyulub.



Xəbər xətti